EN

Onlarla azərbaycanlı Rusiyadan ÇIXARILDI

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yanvar-iyul aylarında Rusiyanın Sverdlovsk vilayətindən təxminən 1000 miqrant deportasiya edilib.

“Cebheinfo.az” bu barədə “Tagilcity.ru”-ya istinadən yazır.

Deportasiya edilənlərin əksəriyyəti Mərkəzi Asiya ölkələrinin vətəndaşlarıdır. Belə ki, göstərilən müddət ərzində Tacikistandan 400-dən çox, Özbəkistandan 300-ə yaxın və Qırğızıstandan  130-dan çox qeyri-qanuni mühacir vətənə göndərilib. Deportasiya edilənlər siyahısında 33 azərbaycanlı da var. Gürcüstan, Misir və Çindən olan azsaylı xarici vətəndaşlar da (1 nəfərdən 6 nəfərə qədər) rayon ərazisini tərk etmək məcburiyyətində qalıb.

İdarədən verilən məlumata görə, deportasiya edilən şəxslərin hamısı Rusiyaya işə düzəlmək məqsədi ilə gəlsələr də, qanuni əsas olmadan ölkədə olublar. Onlar deportasiya prosedurunu gözləmə müddətini xarici vətəndaşların müvəqqəti saxlanması üçün ixtisaslaşmış mərkəzlərdə keçiriblər.

Xəzər

“Cebheinfo.az”

Açar sözlər:

azərbaycanlı miqrant Rusiya

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
48
5
cebheinfo.az

10Sources