EN

Misli Premyer Liqası: “Zirə” – “Araz Naxçıvan” oyununun vaxtı dəyişdirilib

Bakı, 11 avqust, AZƏRTAC

“Araz-Naxçıvan” Peşəkar Futbol Liqasına (PFL) müraciət ünvanlayıb.

PFL-dən AZƏRTAC-a bildirilib ki, müraciətdə UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Omoniya” klubu ilə keçiriləcək görüşdən sonra komandanın vətənə uçuş biletlərinin saatları ilə əlaqədar yaranmış vəziyyət səbəbindən əvvəlcədən nəzərdə tutulmuş vaxtdan gec qayıdacağı bildirilib. Bu səbəbdən “Araz-Naxçıvan” “Zirə” ilə Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümünün ilk turunun avqustun 18-də keçirilməsi planlaşdırılan görüşünün növbəti gün keçirilməsini xahiş edib. PFL “Araz-Naxçıvan”ın müraciətini, “Zirə”nin rəsmi razılıq məktubunu nəzərə alaraq “Zirə” – “Araz Naxçıvan” qarşılaşmasının avqustun 19-da saat 20:00-da Zirə İK stadionunda start götürməsinə qərar verib.

 

 

Chosen
37
9
azertag.az

10Sources