AZƏRTAC xəbər verir ki, Aybəniz Orucova Xocalıya hücum zamanı meşəyə qaçdıqlarını, iki gün orada qaldıqdan sonra girov götürüldüklərini söyləyib. Qardaşı da daxil olmaqla doğmaları qətlə yetirilib.
Dövlət ittihamçısının suallarını cavablandıran zərərçəkmiş şəxs 7 gün Xankəndidə saxlanıldığını deyib. Martın 20-də özü, əkiz oğlanları isə martın 30-da girovluqdan azad edilib. "Girovluqda çox işgəncələr görmüşəm. Bıçağı götürüb əkiz uşaqlarımın boğazına söykəyib hədələdilər ki, başlarını kəsirik. Mənə bu cür iztirab verirdilər”, deyə zərərçəkmiş şəxs bildirib.
Zərərçəkmiş şəxs Hafizə Səfərova ifadəsində 1991-ci il dekabrın 7-də yaşadığı Füzuli rayonunun Divanalılar kəndinə hücum zamanı özünün və doğmalarının girov götürüldüyünü söyləyib. O deyib ki, girovluq zamanı soyuq yerdə saxlanılıb, özü və digər girovlar pis rəftara məruz qalıb. Girovluqda saxlanılan zaman atası Kərim Səfərov işgəncələr verilməklə qətlə yetirilib. Yeddi gün sonra benzin və dizel yanacağı müqabilində girovluqdan azad olunub.
10Sources
-
news365.azT ( 20244168)
-
demokrat.azXocalıda girov götürülmüş qadın: Bıçağı uşaqlarımın boğazına söykəməklə mənə iztirab verirdilər ( 20230800)
-
sia.azRusiya sürətlə T 62 tanklarını itirir... ( 20206980)
-
sia.azRusiya sürətlə T-62 tanklarını itirir... ( 20204616)
-
demokrat.azTürkiyəli nazir: Azərbaycan bizi Zəngəzur Dəhlizi ilə bağlı məlumatlandırmışdı ( 20184123)
-
demokrat.azZərərçəkmiş: Əsir götürüldükdən sonra güllələndim ( 20115966)
-
demokrat.az"Azərin bütün fotolarını evdən yığışdırdıq" ( 20073495)
-
demokrat.azCennifer Lopezin Türkiyədəki konsertindən GÖRÜNTÜLƏR — VİDEO ( 20071215)
-
demokrat.azTürkiyəli general açıqladı: “Zəngəzur dəhlizi bu tarixdə açılacaq” ( 20069133)
-
demokrat.azSaxta diplom qalmaqalı Türkiyə mediasında ( 20044515)