"907-ci düzəlişin ləğvi Azərbaycan üçün strateji, siyasi və iqtisadi baxımdan əhəmiyyətli addımdır".
QHT.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, 1992-ci ildə qəbul edilən bu düzəliş ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını qadağan edirdi:
"Prezident İlham Əliyevin Vaşinqton səfəri zamanı ləğv olunan düzəliş, iki ölkə arasında strateji tərəfdaşlığı gücləndirir və ABŞ-dan daha böyük həcmdə maliyyə yardımı, sərmayə və texnologiya cəlb olunmasına imkan yaradır. Bu addım qeyri-neft sektorunun inkişafına, iqtisadi diversifikasiyaya və dayanıqlı inkişafa mühüm töhfə verəcək".
Pərvanə Fərhadqızı