ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Bakının Xəzər rayonunda 40 yaşlı kişi sevgi münasibətində olduğu qadına xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu iin aprelin 7-də Şüvəlan qəsəbəsi, M.Ə.Sabir küçəsində baş verib. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Emin Əhmədov həmin gün saat təxminən 22 radələrində yaşadığı ünvanda yerləşən evin qarşısında qeyri-rəsmi münasibətdə yaşadığı Esmira Vəliyeva (ad-soyad şərtidir – red.) ilə mübahisə edib. Baş vermiş mübahisə zəminində yumruqla sevgilinin sifət nahiyəsindən bir neçə dəfə qəsdən vurub. Sonra isə əli ilə onun sol qol nahiyəsini qəsdən sıxaraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən E. Əhmədovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıb, zərərçəkən şikayətini geri götürüb. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.