EN

Markovu sıxışdırdılar, o da əleyhimizə bu sözləri dedi

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Şuşa Media Forumunda iştirakına görə Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markovu ölkəsində necə sıxışdırıblarsa, o, bu dəfə Vaşinqton razılaşmasının əleyhinə açıqlama verib. Markov Vaşinqtonda ortaq bəyanata imza atan Baş nazir Nikol Paşinyanın həm Rusiyaya, həm də İrana qarşı ikiqat xəyanət etdiyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ, İranla sərhədə yaxın ərazilərdə gizli məlumatları kəşfiyyat yolu ilə toplamağa başlaya bilər. “İrəvanın xəyanəti yalnız Rusiyaya deyil, həm də İrana qarşıdır. İran uzun illər Ermənistana dəstək verib, amma indi İrəvan ABŞ-a hərbi baza yaratmağa icazə verib. Həmin ərazidə amerikalılar kəşfiyyat sistemləri yerləşdirəcək və gələcəkdə ABŞ-ın İrana qarşı mümkün aqressiyasına dəstək göstərəcək. Bu, həm Rusiyaya, həm də İrana qarşı ikiqat xəyanətdir”, – deyə Sergey Markov bildirib.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

“Sergey Markovun söylədikləri cəfəngiyyatdır. ABŞ şirkəti Zəngəzur dəhlizinin tikintisi və işlədilməsi ilə bağlı konsorsium yaradacaq. Hamının dörd gözlə baxdığı və baxacağı dəhlizdə amerikalılar kəşfiyyat sistemlərini necə yerləşdirə bilərlər? Əksinə, Ermənistanda kəşfiyyat sistemi quraşdırmaq Rusiya üçün daha asandır. Çünki Rusiyanın Gümrüdə Ermənistan hökumətinin nəzarət edə bilmədiyi hərbi bazası var. Rusiya həmin bazada istədiyini yerləşdirə bilər və bunu illər boyu edib. Markov açıqlamasında Ermənistanın adını çəksə də, dolayısıyla Azərbaycanı da hədəf göstərib. Çünki dəhlizin açılmasını əsas istəyən dövlət Azərbaycandır və Vaşinqtonda qəbul olunan ortaq bəyanatda Prezident İlham Əliyevin də imzası var. Markov isə Şuşa Media Forumundan sonra Kremldən və Rusiya mediasından ona ünvanlanan tənqidlərdən yaxasını qurtarmaq üçün Zəngəzur dəhlizi ilə bağlı şübhə toxumu yaratmağı qarşısına məqsəd qoyub”, - politoloq vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
www.bakupost.az

1Sources