EN

Təkrar sığortaçı Munich Re ikinci rübdə xalis mənfəəti 30% artırdı

Finss.az xəbər verir ki, dünyanın ən böyük təkrarsığorta şirkətlərindən biri olan Almaniyanın Muenchener Rueckversicherungs-Gesellschaft AG (Munich Re) ikinci rübdə xalis mənfəətini 30% artıraraq illik proqnozunu təsdiqləyib.

Hesabatda bildirilir ki, 2025-ci ilin aprel-iyun aylarında xalis mənfəət keçən ilin eyni dövründəki 1,6 milyard avro ilə müqayisədə 2,085 milyard avro təşkil edib. Sığorta müqavilələrinin satışından əldə edilən gəlir 1,2% azalaraq 14,775 milyard avroya düşüb. Təkrarsığortaçının kapitalının orta gəlirliliyi (ROE) iyunun sonunda bir il əvvəlki 20,2%-ə qarşı 25,5% təşkil edib.

İlin birinci yarısında xalis mənfəət bir il əvvəlki 3,715 milyard avrodan 3,178 milyard avroya düşüb, gəlir 1,9% artaraq 30,586 milyard avroya çatıb.

Munich Re hələ də 2025-ci ilin sonuna qədər təxminən 6 milyard avro mənfəət əldə etməyi planlaşdırır. Eyni zamanda, gəlir proqnozu əvvəllər gözlənilən 64 milyard avrodan 62 milyard avroya endirilib.

Munich Re səhmləri cümə günü ticarət zamanı 7,2% ucuzlaşıb. Cari ilin əvvəlindən şirkətin kapitallaşması 15,6% artıb (79,4 milyard avroya), DAX fond indeksi isə 21,3% artıb.

Chosen
64
50
fins.az

10Sources