EN

Pezeşkian Zəngəzura görə SEPAH ın hədəfinə tuş gəldi: İrana səfər gözlənilir

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan ərazisindən keçəcək dəhlizi o qədər də  xəbərlərdə şişirdildiyi kimi deyil və İranın tələbləri yerinə yetirilib.

Ölkə.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.

"Bu yaxınlarda Araqçi bu məsələ ilə bağlı məruzə təqdim etdi və qərara alındı ki, onlar bunu müzakirə etsinlər. Bu məsələ İranın istədiyi kimi ərazi bütövlüyünün qorunması, Avropa ilə əlaqənin yaradılması, onun şimaldan bağlanmaması prinsipinə uyğundur. Yeganə narahatlıq odur ki, erməni və amerikalı şirkət bu yolu tikmək istəyir”, - Pezeşkian qeyd edib.

İranın xarici işlər naziri Abbas Araqçi isə deyib, bu gün Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla, baş nazir Nikol Paşinyanın Tehrandakı mövqedaşları arasında telefon danışığı olacaq. Danışıqların davamı olaraq sabah Ermənistan xarici işlər nazirinin müavini Tehrana səfər edəcək. "Bizim davamlı məsləhətləşmələrimiz gedir, - Araqçi deyib. 

Zəngəzur dəhlizi ilə bağlı məsələyə toxunan XİN rəhbəri söyləyib ki, burada söhbət artıq dəhlizindən deyil, Ermənistanın suverenliyi və yurisdiksiyası altında tikiləcək tranzit yolundan gedir. 

“Ermənistan və Azərbaycanın birgə bəyanatında aşağıdakı üç prinsip müəyyən edilib: region ölkələrinin suverenliyinə hörmət, onların ərazi bütövlüyünə hörmət və sərhədlərdə istənilən dəyişikliyə qarşı çıxmaq. Bu, İranın mövqeyi ilə tam uyğundur. 

Təbii ki, regionda istənilən formada xarici mövcudluğun regionda sülh və sabitlik üçün mənfi nəticələri ola bilər. Biz bu məsələni Azərbaycan və Ermənistan tərəfləri qarşısında həmişə qaldırmışıq və bundan sonra da vurğulayacağıq. Biz hadisələri diqqətlə izləyirik. İndiyə qədər bizim prinsipial mövqelərimiz müşahidə olunub, lakin Amerika şirkətinin mümkün iştirakı narahatlıq doğurur və biz bu məsələ ilə bağlı məsləhətləşmələri davam etdirəcəyik.

İran regionda hər hansı xarici mövcudluğa qarşı xəbərdarlıq edib və bu cür hərəkətlərin sülh və sabitliyə təhlükə yarada biləcəyini vurğulayıb. Bu layihədə Amerika şirkətinin olması ehtimalı İranı narahat edir, bu məsələ tərəflərlə müzakirə olunub və hadisələr diqqətlə izlənilir”, - deyə o bildirib.

Bununla belə, iranlı nazir deyib ki, İrəvanla məsləhətləşmələr davam etdiriləcək və yaranmış durumu daha ətraflı müzakirə etmək üçün sabah (avqustun 12-də) Ermənistan xarici işlər nazirinin müavininin Tehrana səfəri gözlənilir.

Bundan əlavə, SEPAH-a bağlı "Tasnim" agentliyində Pezeşkianı tənqid edən məqalə yerləşdirilib və ona xəbərdarlıq edilib.

Məqalədə Pezeşkian neytral və "zəif" çıxışlarına görə tənqid olunub. Bildirilib ki, bu Ali Liderin siyasətinə ziddir. Ölkənin nüfuzuna xələl gətirir. 

Qeyd edək ki, Pezeşkian son çıxışlarında qonşu ölkələrlə İranın münasibət qurmaq problemlərindən danışıb. Hicabla bağlı məcburiyyətin düzgün olmadığını bildirib.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
35
49
olke.az

10Sources