EN

Milli Kitabxanada “Xalq yazıçısı Elçinin xatirəsinə” adlı elektron məlumat bazası hazırlanıb

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 11 avqust, AZƏRTAC

Azərbaycan Milli Kitabxanasında ədəbiyyatımızın görkəmli nümayəndəsi, Xalq yazıçısı, dramaturq, nasir, tənqidçi və ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor və ictimai-siyasi xadim Elçin Əfəndiyevə həsr olunmuş elektron məlumat bazası hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Xalq yazıçısı Elçinin xatirəsinə” adlı elektron məlumat bazası “Rəsmi sənədlər”, “Nekroloq”, “Bu dünyadan Elçin keçdi...”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxslər Elçin haqqında”, “Elçinin “Ədəbi düşüncələr”indən” , “Mükafatları”, “Əsərləri”, “Haqqında”, “Fotoqalereya”, “Videoqalereya” və s. bölmələrdən ibarətdir.

Elektron məlumat bazasında yerləşdirilən materiallar tammətnləri ilə təqdim olunur.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/E.Efendiyev/index.html linkindən istifadə edə bilərlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
107
2
azertag.az

3Sources