EN

Daha bir ulduz Səudiyyə Ərəbistanı yolunda

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu “Bavariya”nın vingeri Kinqsli Komanı transfer etmək cəhdlərini davam etdirir.

Msport.az xəbər verir ki, Münhen təmsilçisi ilk mərhələdə 22 milyon avroluq təklifi rədd etsə də, danışıqlar dayandırılmayıb.

“Əl-Nəsr” məbləği 25 milyon avroya (bonuslar istisna olmaqla) qaldırıb. “Bavariya” isə hələlik cavab verməyib. 29 yaşlı oyunçu artıq “Ər-Riyad”ın təklif etdiyi müqavilə şərtlərini qəbul edib.

Fransalı futbolçu son mövsümdə bütün turnirlərdə 45 oyunda iştirak edib, 9 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
40
20
msport.az

10Sources