EN

Parıltı İçində Cazibə – Dilarədən yeni FOTOLAR

Ölkənin ən çalışqan və sevilən simalarından biri olan Dilarə Kazımova yenidən diqqət mərkəzinə düşüb.Dərgi.az xəbər verir ki, yay fəslində əksər məşhurlar tətilə çıxıb, sosial şəbəkələrdə istirahət görüntülərini paylaşdığı bir zamanda estrada ulduzu fərqli yol seçib. O, istirahət etmək əvəzinə, növbəti layihəsi üçün ciddi hazırlıqlara başlayıb. Bu hazırlıqların ilk işartısı isə sosial mediada yayılan möhtəşəm fotosessiya olub.Yeni fotolarda parıltılı, cəsarətli və estetik obrazda görüntülənən Kazımova bu dəfə vizual təqdimatı ilə də böyük marağa səbəb olub. Onun qızıl rəngli parıltılarla bəzədilmiş bədəni və qaranlıq fon üzərində seçilən cazibədar duruşları, izləyicilər və sənətsevərlər tərəfindən yaradıcılıq nümunəsi kimi dəyərləndirilib.Fotosessiyasının ideya müəllifi Elton Hacıyev və Jalə Bağırovadır. “Body art” üzərində stilist Jalə Bağırova çalışıb.Fərqli görüntüdə olan Kazımovanın fotolarını isə fotoqraf Ülvi Daşdəmirli çəkib.Qeyd edək ki, müğənni bu günlərdə “Parla” adlı mahnısını təqdim edib. Sözügedən şəkillər həmin layihə üçün lentə alınıb.

 

 

 

Chosen
3
1
dergi.az

2Sources