EN

TripAdvisor 2-ci rübdə xalis mənfəətini 1,5 dəfə artırdı

Finss.az xəbər verir ki, onlayn səyahət xidməti TripAdvisor Inc ikinci rübdə xalis mənfəətini 1,5 dəfə artırıb.

Şirkətin press-relizində bildirildiyi kimi, 2025-ci ilin aprel-iyun aylarında xalis mənfəət keçən ilin eyni dövründəki 24 milyon dollar və ya hər bir səhm üçün 17 sentlə müqayisədə 36 milyon dollar və ya 28 sent təşkil edib. Düzəliş edilmiş mənfəət səhm başına 39 sentdən 46 sentə yüksəldi.

Gəlir 7% artaraq 529 milyon dollara çatıb.

Chosen
11
fins.az

1Sources