EN

İri hücum Rusiyanın media resurslarını çökdürdü

“Datahouse” hostinq provayderinin infrastrukturuna edilən DDoS hücumu səbəbindən şirkətin xidmətlərindən istifadə edən bəzi onlayn resurslarda nasazlıqlar qeydə alınıb. Sxemdən zərər çəkən saytlar arasında Rusiyanın "Mobile-Review" və "iXBT" kimi KİV-i də var.

Ölkə.Az xəbər verir ki, bu barədə “Telekommunalka” Teleqram kanalı məlumat yayıb.

“Datahouse.ru DDoS hücumuna məruz qalıb. Sahə üzrə həmkarlarımız bildirirlər ki, gecədən indiyədək Datahouse.ru işləməyib. Nəticədə onların xidmətləri, öz saytı və onlarda hostinqdə yerləşən bütün resurslar, o cümlədən həmkarlarımızın "Mobile-Review" və "iXBT.com" saytları əlçatan deyil”, – məlumatda deyilir.

Chosen
21
1
olke.az

2Sources