Bu barədə Demokrat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-24, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
9Sources
-
olke.azSabah hava necə olacaq? ( 20299185)
-
demokrat.azSabah yağış yağacaq — PROQNOZ ( 20225232)
-
marja.azAvqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb ( 20201043)
-
nuh.azBakıda və rayonlarda şimşək çaxacaq, LEYSAN yağacaq ( 20199891)
-
xalqqazeti.azSabah hava necə olacaq? ( 20198424)
-
report.azAvqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb ( 20197971)
-
report.azSabahın hava proqnozu açıqlanıb ( 19776803)
-
qafqazinfo.azSabah yağış yağacaq ( 19662515)
-
report.azSabahın hava proqnozu açıqlanıb ( 19662023)