Səudiyyə Ərəbistanının Pro Liqa komandası “Əl-Hilal” “Liverpul”dan 26 yaşlı uruqvaylı hücumçu Darvin Nuneslə müqavilə imzalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub bu transferlə bağlı açıqlama yayıb.
"Əl-Hilal "Liverpul"dan uruqvaylı hücumçu Darvin Nuneslə 3 illik müqavilə imzaladığını məmnuniyyətlə elan edir."
Nunes ötən mövsüm "Liverpul"un heyətində 47 oyunda 7 qol vurub.
Fərid
MİA.AZ