EN

Morata “Qalatasaray”dan AYRILDI

“Qalatasaray” Alvaro Morato ilə yollarını ayırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.

32 yaşlı hücumçunun icarə müqaviləsinə qarşılıqlı razılıq razılıq əsasında xitam verilib.
 

Forvardın məxsus olduğu İtaliyanın “Milan” klubu “sarı-qırmızılar”a 5 milyon avro ödəyəcək. Bundan əlavə, oyunçu alacağı 651 min 562 avrodan da imtina edib.


Qeyd edək ki, Alvaro Morata bu ilin fevralında “Qalatasaray”a gəlmişdi. Onun müqaviləsi gələn ilin yanvarında bitirdi. Moratanın “Komo”ya keçəcəyi gözlənilir. O, 2024-cü ildə İspaniya millisi ilə Avropa çempionatının qalibi olub.

Bizim.Media

Chosen
106
13
bizim.media

9Sources