EN

Paşinyan və Pezeşkian Vaşinqton görüşünün nəticələrini müzakirə ediblər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan İran İslamRespublikasının Prezidenti Məsud Pezeşkianla telefon danışığıaparıb.

Trend bu barədəErmənistan baş nazirinin mətbuat xidmətinə istinadən xəbərverir.

Baş nazir ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən danışıqlarınnəticələrini İran prezidentinə təqdim edərək, ErmənistanlaAzərbaycan arasında bərqərar olmuş sülhün region üçün genişimkanlar açdığını vurğulayıb.

Paşinyan vurğulayıb ki, regional kommunikasiya kanallarıölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyasıprinsipləri çərçivəsində və qarşılıqlılıq əsasında fəaliyyətgöstərəcək.

O, Vaşinqton razılaşmalarını obyektiv qiymətləndirməsinə görəİran prezidentinə təşəkkür edib və İran İslam Respublikasıprezidentinin Ermənistan Respublikasına gözlənilən səfərininəhəmiyyətini vurğulayıb.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının PrezidentiDonald Tramp və Ermənistan Respublikasının Baş naziri NikolPaşinyan Azərbaycan Respublikasının Prezidenti və ErmənistanRespublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair BirgəBəyannamə imzalayıblar.

Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti DonaldTramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanlagörüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziriArarat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikasıarasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinədair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və AzərbaycanRespublikası və Ermənistan Respublikası xarici işlər nazirlərininATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesininbağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişəüzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və YüksəkSəviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. OnlarAzərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlərnazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini(ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minskkonfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi vəYüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə)imzalayıblar.

Məqalədə:
Chosen
48
50
az.trend.az

10Sources