EN

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 3%-dən çox artıb

2025-ci ilin yanvar-iyul aylarında əsas kapitala 9911,8 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3.4 faiz çox investisiya yönəldilib.

Banker.az xəbər verir ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 18,4 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 15,0 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 5046,1 milyon manatı və ya 50,9 faizi məhsul  istehsalı  sahələrinə, 3335,2 milyon  manatı (33,7 faizi) xidmət sahələrinə, 1530,5 milyon manatı (15,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş investisiyaların 7598,7 milyon manatını və ya 76,7 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 7822,3 milyon manatı və ya 78,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Chosen
24
33
banker.az

10Sources