1991-ci ilin oktyabrında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi, amma onun şirinliyini dada bilmədi. Dünya sovet dövləti niyə çökdü sualına tam cavab tapmamış Cənubi Qafqazı müharibə alovu bürüməyə başladı. Ermənistandan 300 minə qədər azərbaycanlı tarixi torpaqlarından qovuldu və ağır qaçqınlıq həyatını yaşamağa məcbur edildi. Erməni daşnak qüvvələrikeçmiş imperiyanın başçılarından Qarabağın ilhaqı ilə bağlı razılıq almışdılar. Erməni lobbisi və erməni diasporu da bu cinayətdə öndə gedirdilər.
Öz ərazi bütövlüyünü qorumaqda böyük çətinliklərlə üzləşən Azərbaycan Qarabağ həqiqətlərinidünyaya çatdırmaqda aciz idi. 70 illik sovet dönəmində erməni millətçilərindən fərqli olaraq Azərbaycan xalqlar dostluğunu tərənnüm edir, proletar beynəlmiləlçiliyini mədh etməklə məşğul idi. Ermənilərisə dünyanı inandırmışdılar ki, guya Qarabağ tarixi erməni torpağıdır, bu torpaqlar Ermənistana birləşdirilməlidir.
Qərb bu münaqişədə birmənalı olaraq Ermənistanı müdafiə etdi. Nufuzlu beynəlxalq təşkilatlar Azərbaycan tərəfini Ermənistanı blokadada saxlamaqda ittiham edirdi. Dünyanın super dövləti ABŞ Konqresi daha irəli gedərək erməni lobbisinin təşəbbüsü ilə 1992-ci ilin oktyabrında “Azadlığa müdafiə aktı”nı, yəni ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişi qəbul etdi. Bu düzəlişin qəbulu nəticəsində keçmiş 15 müttəfiq respublika arasında yalnız Azərbaycan ABŞ-ın bu yardımından məhrum edildi.Aradan illər keçdi, amma Azərbaycana münasibət dəyişmədi.
2020-ci ilin payızında erməni işğalı sona çatdı, Azərbaycan öz torpaqlarının sahibi oldu. Dünya güclü bir Azərbaycanın şahidi oldu. Düşmən tərəfindən yerlə-yeksan edilənQarabağ böyük tikinti meydanına çevrildi. Həm də bu illər ərzində Azərbaycana münasibətdə çox şey dəyişdi. Güclü lider, güclü iqtisadiyyat, güclü ordu hər şeyi yoluna qoydu.
2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul etdi. 33 il bundan əvvəl Azərbaycanı Ermənistanagörə haqsız cəzalandıran Ağ Ev 907-ci düzəlişə son qoydu. Azərbaycan öz tarixində ilk dəfə olaraq Ağ Evə qalib kimi daxil oldu, ABŞ PrezidentiD. Tramp da Azərbaycanın dövlət başçısını qalib kimi qarşıladı.
2020-ci ilin 44 günlük Vətən Müharibəsindən sonra Ermənistanla sülh müqaviləsinin bağlanması uzun vaxt apardı. Avropa İttifaqı başda olmaqla bir çox nufuzlu təşkilatlar ATƏT-in Minsk qrupunun yolunu getmək istədilər, amma yanıldılar. Çünki ATƏT-in Minsk qrupu Azərbaycanın iradəsinin əlehyinə yaradılan təşkilat idi. O zaman Azərbaycan dünya güclərinə müqavimət göstərmək iqtidarında deyildi. 30 ilə yaxın dövrdəATƏT-in Minsk qrupu Qarabağın Ermənistana verilməsi üçün dəridən-qabıqdan çıxdı. Amma mənfur arzusunu reallaşdıra bilmədi. Vətən Müharibəsindən sonra Azərbaycanın ilk tələbi ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulması oldu. Avqustun 8-də Ağ Ev Azərbaycanın bu tələbinin də qəbuluna şahidlik etdi.
44 günlük Vətən Müharibəsindən beş il keçir. Azərbaycan bu illər ərzində sülh müqaviləsinin bağlanmasına kömək məqsədilə bir çox dövlətlərin təkliflərini nəzərdən keçirdi. Amma təklifləri qəbul etməkdə tələsmədi. Ali Baş Komandanın sözləri ilə desək:”Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu hamıdan yaxşı bilirəm”— bəyan etməklə hamını əmin etdi ki, sükan etibarlı əllərdədir, Azərbaycanı bu yoldan heç kim çəkindirə bilməz.