EN

FHN-in “N” saylı hərbi hissəsində andiçmə mərasimi keçirildi

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra andiçmə mərasimində çıxış edənlər Mülki müdafiə qoşunları heyəti sıralarına daxil olan gənc əsgərləri andiçmə mərasimi münasibətilə təbrik ediblər.

Tədbirdə qeyd olunub ki, Ümummilli Liderin uzaqgörən siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuz Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan doğma torpaqlarımızı cəmi 44 günə işğaldan azad etdi, 24 saatdan az davam edən lokal xarakterli antirerror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu.

Çıxış edən gənc əsgər Məmmədov Müzəffər Zülfüqar oğlu hərbçi yoldaşları adından əsgəri borcu şərəflə yerinə yetirəcəklərini, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkmişlərin xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirəcəklərini, Vətənə və dövlətə sədaqətlə xidmət edəcəklərini vurğulayıb.

Chosen
23
38
publika.az

10Sources