EN

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib.

Mia.az xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan ilə BƏƏ arasında əlaqələrin dostluq və qardaşlıq xarakteri daşıdığı qeyd olunub. Dövlətimizin başçısının BƏƏ-yə sonuncu səfəri və Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü məmnunluqla xatırlanıb.

Chosen
47
47
mia.az

10Sources