EN

Ermənistanda Avropa İttifaqının mülki missiyasına son veriləcək?

“Azərbaycan, ABŞ və Ermənistanla Birgə Bəyannamənin imzalanması və Sülh müqaviləsinin mətninin paraflanması çərçivə sazişi kimi xarakterizə etmək olar. Demek olar ki, Azərbaycanla Ermənistan arasında sülh var, hər hansı bir müharibə vəziyyəti sıfırlanıb”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

M.Əsədullazdə bildirib ki, Ermənistan Azərbaycanla şərti sərhəddə Avropa İttifaqının yarım hərbi mülki missiyasını yerləşdirib:

“Hətta mandatını uzadıb. Ermənistan bunu Azərbaycanın mümkün hücumlarına qarşı yerləşdirmişdi. Artıq, Azərbaycanla Ermənistanla müharibə vəziyyəti aradan qaldırılıb. Ermənistan Avropa İttifaqının mülki missiyasının fəaliyyətinə son verməlidir. Ayda bir neçə dəfə Azərbaycan sərhədinə yaxınlaşıb,hərbi hissələrin dislokasiyasını izləyən Avropa müşahidəçilərinin bundan sonra, sərhəddə yaxınlaşmasına son verilməlidir”.


Xəbər 4 dəfə oxunub.
Chosen
43
50
xezernews.az

10Sources