EN

Microsoft məhkəməyə verildi

Ajans.az Courthouse Neüs Service-ə istinadən xəbər veir ki,Windows 11 təxminən dörd il əvvəl təqdim olunmasına baxmayaraq, dünya üzrə istifadəçilərin böyük hissəsi hələ də köhnə Windows 10 versiyasından istifadə edir. StatCounter-in məlumatına görə, hazırda Windows istifadəçilərinin təxminən 43%-i Windows 10 əməliyyat sistemi ilə işləyir. Lakin Microsoft oktyabrın 14-də Windows 10 üçün rəsmi dəstəyi dayandıracaq. Klein iddia edir ki, bu qərar istifadəçiləri yeni qurğular almağa məcbur etmək və Microsoft-un generativ süni intellekt bazarında monopoliyasını gücləndirmək məqsədi daşıyır. Onun sözlərinə görə, Windows 11-in yeni funksiyaları optimal işləmək üçün müasir aparat təminatı tələb edir ki, bu da köhnə cihazlarda yoxdur. İddiaçı hakimdən tələb edir ki, Microsoft Windows 10 dəstəyini istifadəçi bazası 10%-dən aşağı düşənədək əlavə ödəniş tələb etmədən davam etsin. O, həmçinin vəkillik haqqı üçün müraciət edib, lakin özünə maddi təzminat tələb etməyib. Microsoft məsələ ilə bağlı rəsmi şərh verməyib. Hazırda Windows 10 istifadəçiləri təhlükəsizlik yeniləmələri və yeni funksiyalardan məhrum olacaq, bu da onları zərərli proqram və kiberhücumlara qarşı həssas edir. Təhlükəsizlik yeniləmələrinin uzadılmış versiyası isə əlavə ödənişlə təklif olunur. Bu məhkəmə işi texnologiya sektorunda köhnəlmiş proqram təminatının dayandırılması və istifadəçilərin hüquqları mövzusunda mühüm nümunə hesab olunur.  

 

Chosen
77
Ajans.az

1Sources