EN

Subbakalavrlar üçün müsabiqə şərtlərində dəyişikliklər gözlənilir - DİM

Keçən illə müqayisədə gözlənilir ki, subbakalavrların sayı azalacaq.

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

"II ixtisas qrupunda plan yerlərinin sayı 14.935-dir, ümumi müsabiqəyə buraxılanların sayı isə 12.702 nəfərdir. Təxminən 2000 plan yeri üçün subbakalavrlar müsabiqədə iştirak edə biləcəklər. Lakin onlar yalnız 200 baldan çox olan ixtisasların müsabiqəsinə qoşula bilərlər.

150 ballıq ixtisaslara gəlincə, abituriyentlər arasında 350 baldan çox nəticə göstərənlər olsa da, müsabiqə şərtini ödəmədiklərinə görə məhz 150 ballıq ixtisasların müsabiqəsində iştirak edəcəklər.

Burada da keçən illə müqayisədə gözlənilir ki, subbakalavrların sayı azalacaq".

Chosen
18
azedu.az

1Sources