
Kriptovalyutalar arasında bitkoindən sonra ikinci olan Eterin (ETH) qiyməti tarixi maksimumunu yeniləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “coinmarketcap.com” portalı məlumat yayıb.
Məlumata görə, Eterin məzənnəsi 4,3 min dollarlıq həddi keçərək, çoxillik maksimumuna çatıb.
Belə ki, bir həftə ərzində bu kriptovalyutanın qiyməti 20%-dən çox artaraq, 4 min 332 dollar olub.