EN

“Bad Bunny” konserti üçün gələn turist vurularaq öldürülüb

Ajans.az NBC NEWS-a istinadən xəbər verir ki,25 yaşlı Kevin Mares Nyu-York sakini olub. O, Bad Bunny-nin Puerto Rikoda keçirilən konsertindən əvvəl üç dostu ilə birlikdə La Perlada gecə klubunda olub. Cinayət detektivi Sgt. Arnaldo Ruizun sözlərinə görə, atışma Mares yaxınlığında mübahisə yaranması və bir nəfərin silahı ilə üç şəxsi, o cümlədən Maresi vurması nəticəsində baş verib. Daha iki kişi yaralanaraq xəstəxanaya yerləşdirilib. Ruiz bildirib ki, Mares hadisədə günahsız seyirci olub. O, qarın nahiyəsindən vurulub və ən böyük dövlət xəstəxanasına aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. La Perlada əvvəllər Puerto Rikonun ən təhlükəli və heroin paylama məntəqəsi kimi tanınan bölgəsi olsa da, 2011-ci ildə federal əməliyyatlar nəticəsində zorakılıq səviyyəsi azaldılıb. Lakin bölgədə təhlükəsizlik problemi hələ də qalmaqdadır. Puerto Rikoda 2023 və 2024-cü illərdə də turistlərin daxil olduğu zorakılıq hadisələri qeydə alınıb. Bu ilin əvvəlinə kimi isə adada 277 qətl hadisəsi baş verib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə azalma deməkdir. Hadisə ilə bağlı araşdırma davam edir.

 

Chosen
13
Ajans.az

1Sources