EN

Günəş panellərinə tələb 2 dəfə artıb – “Amma neqativ hallar var”

“Mənzildə, yaxud hansısa obyektdə Günəş panelini quraşdırarkən, həm də şəbəkə satışı olmalıdır. Şəbəkə satışını təmin edəndə, mənzildən çıxarış istəyirlər. Çıxarışı olmayan 10 minlərlə ev var. Günəş panellərinə, “yaşıl enerji”yə görə belə tələblərin qoyulması özündə neqativ haldır”.

Bu sözləri "Yeni Sabah"a enerji məsələləri üzrə ekspert, mühəndis Rövşən Namazov deyib.

O bildirib ki, hazırda ötən ilə nisbətən bu il Günəş panelləri ilə bağlı 2 dəfəyədək çox sifariş var: Pepperoni pizza

“Ötən ilə nisbətən bu il Günəş panelləri ilə bağlı 2 dəfəyədək çox sifariş var. İnsanlar həm elektrik enerjisinin qiymətinin artmasına, həm də Günəş panellərinin yeni bir innovasiya olmasına görə sistemlərə böyük maraq göstərir.

Hökumətin bununla bağlı təşviqedici həlləri oldu. Nazirlər Kabineti 2023-cü ilin sentyabrında bu istiqamətdə qərar verdi. Amma qanunvericilik bazasında yenə də boşluqlar var. Mənzildə, yaxud hansısa obyektdə Günəş panelini quraşdırarkən, həm də şəbəkə satışı olmalıdır. Şəbəkə satışını təmin edəndə, mənzildən çıxarış istəyirlər. Çıxarışı olmayan 10 minlərlə ev var. Günəş panellərinə, “yaşıl enerji”yə görə belə tələblərin qoyulması özündə neqativ haldır”. 

Rövşən Namazov qeyd edib: “Hökumət müəyyən işlər görüb, amma alt qurumlarda bəzi neqativ hallara yol verilir. Bir nüans da var. Xarici dövlətlərdə boş torpaq sahələrinə külək turbinləri, yaxud Günəş panelləri quraşdıraraq, özləri üçün özəl stansiya yaradıb şəbəkəyə satış edirlər.

Bu, bir biznes üsuludur. Azərbaycanda belə bir qərar var, amma mexanizm yoxdur. Nə qədər müraciətlər oldu ki, "filan rayon ərazisində filan qədər torpağım var, istəyirəm orda Günəş paneli quraşdırım və dövlətə satış edim", mümkün deyil. Halbuki hökumətin başlıca siyasəti odur ki, insanlar “yaşıl enerji”dən daha çox istifadə etsinlər".

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
98
50
yenisabah.az

10Sources