EN

“Yüksəliş“in qalibinə nazirlikdə vəzifə verildi

Üçüncü "Yüksəliş” müsabiqəsinin qalibi Faiq Hüseynov yeni vəzifəyə təyin olunub.

XəzərNews.az Valyuta.az-a istinadən xəbər verir ki, o, Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub.

F.Hüseynov bu vəzifəsinə qədər, Aqrar Sığorta Fondunun Daxili audit və nəzarət şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Həmçinin o, 2021-ci ildən 1 il öncəyə qədər "Səba” ASC-də müxtəlif vəzifələrdə işləyib.

Xəbər 1 dəfə oxunub.
Chosen
10
1
xezernews.az

2Sources