EN

Baş prokuror Xaçmazda vətəndaşları qəbul edəcək

Avqustun 15-də Baş prokuror Xaçmazda vətəndaşları qəbul edəcək.

Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev avqustun 15-də, saat 10:00-da Xaçmaz rayon prokurorluğunun inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Xaçmaz rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Baş
Chosen
72
39
apa.az

10Sources