MLS-də "Orlando Siti" - "İnter Mayami" matçı keçirilib.
QOL.az xəbər verir ki, oyun Orlandoda, "Exploria Stadium"da keçirilib. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. 
Luis Muriel dubl edib, Martin Ojeda və Marko Paşaliç isə hərəyə bir qol vurublar .
"İnter Mayami"də isə yeganə qolu Yannik Brayt qapıdan keçirib. Argentinalı hücumçu Lionel Messi zədə səbəbindən bu görüşdə iştirak etməyib. Hücumçu Luis Suares qol vurmayıb.