EN

MİQ-də vakansiya seçimi başa çatır: Az qaldı

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi bu gün yekunlaşır.

Bu barədə Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzindən məlumat verilib.

Belə ki, bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər 11 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimini yekunlaşdırmalıdırlar.

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdikləri halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

"Cebheinfo.az"

Chosen
15
49
cebheinfo.az

10Sources