EN

"PAŞA Bank"ın istiqraz emissiyasına abunə yazılışına son 2 gün

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın 30 iyulda elan etdiyi yeni istiqraz emissiyasına abunə yazılışı 2 gün sonra başa çatır. Bank, Azərbaycan vətəndaşlarını yerli bazarda təqdim edilən bu sərfəli alətdən faydalanmağa dəvət edir.

Bu təşəbbüs alternativ maliyyələşmə alətlərinin genişləndirilməsi və yerli kapital bazarının inkişafına töhfə verməyi hədəfləyir. İstiqraz buraxılışı çərçivəsində 40.000 ədəd təminatsız, sənədsiz və adlı istiqraz tədavülə buraxılır. Hər bir istiqrazın nominal dəyəri 1.000 AZN, minimal 10.000 AZN investisiya tələbi olmaqla illik gəlirliliyi 10.5%-ə qədər, tədavül müddəti isə 12 ay təşkil edir. Yeni buraxılış etibarlı hüquqi çərçivə, risk və gəlir profili baxımından balanslaşdırılmış investisiya fürsəti təqdim edir. PAŞA Bankın istiqrazlarına investisiya, fiziki şəxslərə vergidən azad gəlir əldə etmək imkanı yaradaraq, klassik depozit alətləri ilə müqayisədə daha səmərəli maliyyə seçimi kimi qiymətləndirilə bilər.

Abunə yazılışı 12 avqust 2025-ci il tarixində başa çatır. İstiqrazlara abunə yazılışı emissiyanın əsas anderrayteri “PAŞA Kapital”, digər anderrayterləri isə “Unicapital” və “CPM Investment Company” investisiya şirkətlərdir.

Ətraflı məlumat və istiqrazların baza emissiya prospektinin yekun şərtləri ilə tanış olmaq üçün Bankın rəsmi veb-səhifəsinə keçid edin: //www.pashabank.az/securities/lang,az/

Chosen
16
8
fins.az

9Sources