EN

Qəzzada 5 jurnalist HƏLAK OLDU

Qəzzada İsrailin hücumu nəticəsində Qətərin “Əl-Cəzirə” telekanlının 5 jurnalisti həlak olub.

Viral.az/” target=”_blank”>Viral.az xəbər verir ki, bu barədə kanaldan məlumat verilib.

Qeyd edilir ki, kanalın müxbirləri Ənəs əl-Şərif və Məhəmməd Kreike, həmçinin operatorlar İbrahim Zaher, Məhəmməd Noufəl və Moamen Aliva hücum zamanı həyatlarını itiriblər. Onlarla birlikdə daha iki nəfər həlak olub.

Son Yazılar:

İsrail ordusu iddia edir ki, 28 yaşlı əl-Şərif HƏMAS hərəkatının “terror qruplaşmasına” rəhbərlik edib. Rəsmi açıqlamada deyilir ki, o, İsrailin mülki əhalisinə və ordu bazalarına “raket hücumlarına görə” cavabdeh idi və onun “Əl-Cəzirə” ilə əməkdaşlığı bu fəaliyyəti gizlətmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, Qəzzadakı müharibədə 200-dən çox jurnalist həlak olub.

Chosen
30
5
viral.az

4Sources