EN

7 ayda 1 milyondan artıq zərərli elektron poçt bloklanıb

Bakı. Trend:

Cari ilin yanvar-iyul ayları ərzində Xüsusi Rabitə vəİnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindənaparılan monitorinq və analizlər nəticəsində 573 kiberhücumindikatoru müəyyən edilib.

Bu barədə Trend XRİTDX-yə istinadən xəbər verir

Məlumata görə, sözügedən kiberhücum indikatorlarının bloklanmasınəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusihədəflənmiş APT (“Advanced Persistent Threat”) kiberhücumlarınqarşısı alınıb. Bildirilib ki, müəyyən edilmiş indikatorlardan206-sı Xidmətin daxili araşdırmaları, 367-si isə dövlətqurumlarının müraciətləri əsasında aşkarlanıb.

Qeyd edilib ki, XRİTDX-in daimi nəzarəti altında fəaliyyətgöstərən dövlət elektron poçt xidməti üzrə bu ilin 7 ayı ərzində7,455,124 elektron poçt emal olunub. Məlumata əsasən, onlardan6,103,281-i təhlükəsiz olduğundan istifadəçilərə çatdırılıb,1,351,843-ü isə zərərli tərkibli müəyyən edilərək bloklanıb.

"XRİTDX informasiya təhlükəsizliyi sahəsində davamlı vəqabaqlayıcı tədbirlər həyata keçirməklə dövlət qurumlarınınrəqəmsal mühitdə fasiləsiz və təhlükəsiz fəaliyyətini etibarlışəkildə təmin edir", - deyə məlumatda qeyd edilib.

Chosen
69
21
az.trend.az

10Sources