Demokrat.az “Xəzər TV”yə istinadla xəbər verir ki, 42 kilometrlik bu yol təkcə avtomobil və dəmir yolu hərəkətinə deyil, həm də enerji və telekommunikasiya xətlərinin keçidinə imkan verəcək.
Ermənistan ərazisindən çəkiləcək yeni yol regionun enerji və nəqliyyat xəritəsini dəyişəcək, ticarət axınlarını sürətləndirəcək, Azərbaycanın ixrac imkanlarını genişləndirəcək.
İqtisadçı ekspert Elman Sadıqov deyir ki, Ukrayna-Rusiya müharibəsi fonunda formalaşan yeni geosiyasi vəziyyət, nəqliyyat və yükdaşıma şirkətlərini təhlükəsiz marşrutlar üzərində düşünməyə vadar edib.
Zəngəzur dəhlizinin Orta Dəhlizə inteqrasiyası ölkəmizin ərazisindən ildə təxminən 35 milyon ton yükün daşınmasına imkan verəcək.
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, dəhliz vasitəsilə beynəlxalq yükdaşımalardan əldə etdiyimiz gəlir artacaq. Deputat bildirir ki, bu həmçinin Naxçıvan iqtisadiyyatının inkişafı deməkdir.
Zəngəzur dəhlizində tranzit ölkə qismində çıxış edən Azərbaycan beynəlxalq iqtisadi proseslərin iştirakçısına çevrilərək, dünya iqtisadiyyatına daha sürətlə inteqrasiya olunacaq. İki qitə arasındakı ticarət dövriyyəsi 200 milyard dollar artacaq. Yüklərin 10-15 faizinin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan ildə 3-3,5 milyard dollar təkcə tranzit gəliri əldə edəcək.
Daha ətraflı videoda:
10Sources
-
referans.azİran Zəngəzura hücum edə bilər: Azərbaycanla sərhəd bölgələrdə isə… – Xəbərdarlıq ( 20237454)
-
yenicag.azAzərbaycandan Azərbaycana PRİNSİPİ: “Ermənistan da TRIPP-dən qazanacaq” ( 20235717)
-
azpolitika.infoİRAN ZƏNGƏZURA HƏM “HƏ”, HƏM DƏ “YOX” DEYİR.. Rusiya isə hələ də “ölmüş” bəyannamədən yapışıb ( 20229243)
-
moderator.azAzərbaycanlı deputatdan Vilayətiyə CAVAB: "İran istəsə də, istəməsə də, Zəngəzur dəhlizi AÇILACAQ" ( 20228457)
-
news365.azBakı Zəngəzur dəhlizindən nə qədər qazanacaq? - VİDEO ( 20222130)
-
bakivaxti.azBakı Zəngəzur dəhlizindən nə qədər qazanacaq? - VİDEO ( 20220990)
-
kommersant.azErmənistan Zəngəzurun açarlarını Trampa verib ( 20220375)
-
modern.azBakı Zəngəzur dəhlizindən nə qədər qazanacaq? - VİDEO ( 20219085)
-
hit.azAzərbaycan Zəngəzur dəhlizindən nə qədər qazanacaq? - VİDEO ( 20218731)
-
konkret.azBakı Zəngəzur dəhlizindən nə qədər qazanacaq? – Video ( 20218398)