“Ethereum” (ETH) məzənnəsi 4.3 min dollar həddi keçərək çoxillik maksimuma çatıb. Qeyd edək ki, bir həftə ərzində kriptovalyutanın dəyəri 20%-dən çox artıb.
Coinmarketcap.com-a görə, “Ethereum”un maksimum qiyməti sonuncu dəfə 9 dekabr 2021-ci ildə qeydə alınıb və 4332 dollar təşkil edib.
Avqustun 6-da “Bitget”in baş analitiki Rayan Li kriptovalyuta bazarında investorların əsas diqqətinin “Bitcoin” üzərində qaldığını, bəzi altkoinlərin artımının isə qısamüddətli olduğunu deyib. Onun fikrincə, “Bitcoin” ən stabil aktiv olaraq qalır.