EN

Türkiyədə zəlzələ baş verib: Ölən və yaralananlar var - FOTO

Türkiyədə
Türkiyənin Balıkesir şəhərinin Sındırqı rayonunda baş verən güclü zəlzələ fəsadlara səbəb olub. Uçan binanın dağıntıları altında aparılan axtarış-xilasetmə işləri yekunlaşıb. Dağıntılar altından çıxarılan dörd nəfərdən biri həyatını itirib. 1news.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya zəlzələdən sonra bölgədə vəziyyətin nəzarət altında olduğunu bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində 16 tikili dağılıb, onlardan yalnız dördündə yaşayış olub. Hazırda xəsarət alan 29 nəfərin müalicəsi xəstəxanalarda davam etdirilir.
Nazir həmçinin qeyd edib ki, səhərin ilk saatlarından etibarən bölgədə dəymiş ziyanın qiymətləndirilməsi məqsədilə araşdırmalara başlanacaq. AFAD-ın son məlumatına əsasən, zəlzələdən sonra bölgədə maqnitudası beşə qədər olan ümumilikdə 20 afterşok qeydə alınıb. Axtarış-xilasetmə işlərinə 319 nəfər canlı qüvvə və 79 texnika cəlb edilib. Ərazidə Fövqəladə Halların İdarəetmə Mərkəzləri yaradılıb. Təcili Çağırış Mərkəzinə indiyədək ziyan barədə 24 müraciət daxil olub. Hazırda ərazidə yoxlama və qiymətləndirmə işləri davam etdirilir.
Chosen
37
50
1news.az

10Sources