EN

Qızıl və gümüş ucuzlaşdı

BAKI, 9 avqust. TELEQRAF

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərin dəyəri 0.70% ucuzlaşaraq 3375,28 ABŞ dollarına bərabər olub.

Teleqraf birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0.72 faiz azalaraq 38,073 ABŞ dolları təşkil edib.

Chosen
85
14
teleqraf.com

10Sources