Hücumçu Arnaud Danjuma “Valensiya” ilə müqavilə imzalayıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı niderlandlı ilə 2028-ci ilin yayına kimi müqavilə imzalanıb.Futbolçu komandaya azad agent kimi qoşulub.
2024/25 mövsümündə Danjuma "Vilyarreal"dan "Jirona"ya icarəyə verilib. O, 37 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.