EN

Azərbaycan Ukraynaya silah tədarükünə qoyduğu qadağanı qaldıra bilər – Sensasion iddia

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski arasında telefon danışığı olub, Rusiya ordusunun Azərbaycan qazının keçdiyi Ukraynanın qaz infrastrukturuna zərbələr endirməsi, eləcə də Odessada SOCAR-ın neft bazasına hücum olunması məsələsi müzakirə olunub.

Musavat.com Caliber.az Telegram kanalına istinadən xəbər verir ki, ölkə liderləri Rusiya silahlı qüvvələrinin hərəkətlərindən hiddətləndiklərini bildiriblər. Kanalın mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, əgər Rusiya Azərbaycanın maraqları istiqamətində təcavüzkar siyasətini davam etdirsə, o zaman rəsmi Bakı Ukraynaya onun arsenalında olan silah-sursat tədarükünə qoyulmuş embarqonun ləğvi məsələsinə baxmağa başlayacaq: "Qeyd edək ki, Rusiya silahlı qüvvələri Azərbaycanın Ukrayna ərazisindəki enerji obyektlərinə ardıcıl zərbələr endirməyə başlayıb. Bu vəziyyət Bakını cavab tədbirləri görməyə vadar edir. Bütün bunlar istər-istəməz ikitərəfli münasibətlərdə daha da dərin böhrana gətirib çıxaracaq".

Xatırladaq ki, 2025-ci il avqustun 7-dən 8-nə keçən gecə Rusiya qoşunları Ukraynanın Odessa vilayətində SOCAR şirkətinin neft bazasına hücum edib. Rusiya SOCAR-ın neft anbarına beş "Shahed" hücum pilotsuz təyyarəsi ilə zərbə endirib, nəticədə yanğın baş verib və dizel boru kəmərinə ziyan vurub. Şirkətin 4 əməkdaşı ağır yaralanıb.

Bu, son həftələrdə Ukraynada Azərbaycanla bağlı obyektlərə ikinci hücumdur. Bundan əvvəl, iyulun 28-də Azərbaycan qazının Ukraynaya nəql olunduğu Trans-Balkan qaz kəmərinin əsas elementi olan Orlovka yaxınlığındakı qazpaylayıcı stansiyaya hücum edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
80
7
olaylar.az

10Sources