EN

Etna vulkanı yenidən aktivləşir

İtaliyanın Siciliya adasındakı Etna vulkanı yenidən oyanıb.

Publika.az xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.

Bildirilir ki, vulkanın 3000 metr yüksəkliyində, Bokka Nuova kraterinin cənub hissəsində müşahidə olunan lava axını cənuba doğru hərəkət edir. Ərazidə ciddi seysmik dəyişiklik baş verməyib.

Vulkandakı aktivliyə görə, narıncı uçuş xəbərdarlığı verilsə də Kataniya Hava Limanı hazırda fəaliyyətini davam etdirir.

Chosen
115
3
publika.az

3Sources