EN

İsrail "Əl-Cəzirə"nin "jurnalist"ini VURDU

İsrail Müdafiə Qüvvələri ( IDF ) Qəzzada pan-ərəb televiziya kanalı "Əl-Cəzirə"nin jurnalistinə hücum edib.

Publika.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

İsrail ordusunun bəyanatında özünü televiziya jurnalisti kimi təqdim edən Ənəs əl-Şərifin əslində terrorçu olduğu iddia edilib. O, Fələstinin radikal HƏMAS təşkilatında terrorçu dəstəyə rəhbərlik edib və İsrailin mülki əhalisinə və əsgərlərinə raket zərbələri endirməkdə məsul olub.

IDF qeyd edib ki, Qəzza zolağında tapılan çoxsaylı sənədlər məhv edilmiş əl-Şərifin HƏMAS-ın hərbi qanadı ilə əlaqəsini və terrorçuların "Əl-Cəzirə" şəbəkəsinə inteqrasiyasını təsdiqləyir.

Chosen
46
publika.az

1Sources