Günəşdə plazmanın sürətli və kompleks emissiyası baş verib və bir anda ulduzun bir neçə bölgəsinə təsir edib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının teleqram kanalında məlumat yayılıb.
"Günəşdə ulduzun qərb yarımkürəsində bir anda bir neçə aktiv bölgəni təsir edən kompleks və çox sürətli plazma emissiyası meydana gəlib. Ümumilikdə, hadisə təxminən yarım milyon kilometr diametrli bir sahəni (görünən Günəş diskinin üçdə biri) əhatə etdi", - məlumatda bildirilir.
Qeyd olunur ki, maddənin bir hissəsinin və maqnit sahələrinin Yerə doğru getməsinin əlamətləri var.