EN

Ölkəmizdə çalışmış baş məşqçi ilkə imza atdı

“Krasnodar”ın baş məşqçisi Murad Musayev Rusiya Premyer Liqasında (RPL) yeni rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, 43 yaşlı mütəxəssisin komandası bu uğura IV turda “Orenburq” üzərində 1:0 hesablı qələbə qazanaraq nail olub.

“Krasnodar” Rusiya çempionatlarında heç-heçəsiz oyunlar seriyasını 15-ə çatdırıb. Bu göstərici isə klub tarixində bir ilkdir.

Komanda sonuncu dəfə RPL-də 2025-ci il martın 1-də evdə “Krylya Sovetov”la 1:1 hesablı heç-heçə edib. Həmin vaxtdan bəri “Krasnodar” çempionatda 12 qələbə qazanıb, 3 dəfə məğlub olub.

Murad Musayev 2021-ci ilin oktyabrından 2024-cü ilin fevralına qədər Azərbaycan Premyer Liqası “Sabah”ın baş məşqçisi işləyib.

Chosen
36
sportinfo.az

1Sources