EN

Şimali Avropanın səkkiz ölkəsi Trampın Ukrayna ilə bağlı təşəbbüsünü dəstəklədi

BAKI, 11 avqust. TELEQRAF

Şimali Baltik Səkkizliyi ölkələri ABŞ Prezidenti Donald Trampın Ukraynada münaqişənin həlli ilə bağlı təşəbbüsünü dəstəkləyib.

Teleqraf xəbər verir ki, səkkiz dövlətin birgə bəyanatı Norveç hökumətinin saytında dərc edilib.

"Biz Prezident Trampın bu müharibəyə son qoymaq, Ukraynanın təhlükəsizliyini və Avropanın sabitliyini təmin edəcək ədalətli və dayanıqlı sülhün əsasını qoymaq məqsədi daşıyan təşəbbüsünü alqışlayırıq", - bəyanatda deyilir.

Ölkələr Ukraynaya hərbi və maliyyə dəstəyini davam etdirməyə, eləcə də Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri dəstəkləməyə və tətbiq etməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, Şimali Baltik Səkkizliyi ölkələrinə (NB8) Estoniya, Danimarka, Latviya, Litva, Norveç, Finlandiya, İslandiya və İsveç daxildir.

Chosen
43
teleqraf.com

1Sources