Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) verilən məlumata görə, yeraltı təkanların episentri Balıkesirin Sındırqı rayonudur.
Yerli vaxtla saat 19:53-də qeydə alınan zəlzələ İstanbul da daxil olmaqla, ölkənin Mərmərə və Egey bölgəsində bir çox vilayətdə hiss olunub.
Zəlzələ nəticəsində 10 bina dağılıb. Zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib.