EN

Livan hökuməti "Hizbullah"ın tərksilah ediləcəyini açıqladı

BAKI, 10 avqust. TELEQRAF

Livan hökuməti 2025-ci ilin sonuna qədər "Hizbullah"ın bütün silahlarının dövlətin nəzarətinə keçəcəyinə dair plan hazırlayıb.

Teleqraf "Əlcəzirə"yə istinadən xəbər verir ki, "Hizbullah"ın faəliyyəti Livanda uzun müddətdir müzakirə olunur. Qrupun fəaliyyətinə xitam verilmə cəhdləri ölkədə daxili qarşıdurmaya səbəb olub.

"Hizbullah" keçən il İsrailin hücumları nətiəsində ciddi itkilər verib ki, bu da onun Livandakı hərbi hegemonluğunu sual altında qoydu.

Hərəkat hökumətin qərarını "tamamilə İsrailin maraqlarına xidmət" kimi dəyərləndirib.

Ötən il İsrailin Livana qarşı müharibəsi 4000-dən çox insanın ölümünə səbəb olub. İsrail davamlı olaraq Lvand atəşkəs rejimini pozur və hələ də ölkənin bəzi ərailərini nəzarətdə saxlayır.

Chosen
64
1
teleqraf.com

2Sources