EN

Ərdoğan: Güclü zəlzələ ilə əlaqədar olaraq bütün qurumlar hərəkətə keçiblər

Türkiyədə baş verən güclü zəlzələ ilə əlaqədar olaraq bütün müvafiq qurumlar hərəkətə keçiblər.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X”dəki hesabında yazıb.

"Balıkesirdə baş verən zəlzələdə zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun. İlk andan etibarən bütün qurumlarımız hərəkətə keçib. Biz də işləri yaxından izləyirik. Allah ölkəmizi hər cür fəlakətdən qorusun", - Ərdoğan qeyd edib.

Daxili işlər naziri Ali Yerlikaya isə bildirib ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və digər aidiyyəti qurumların komandaları dərhal əraziyə göndərilib, araşdırmalara başlayıblar: “Hazırda mənfi vəziyyət qeydə alınmayıb. Prosesi anbaan izləyirik”.

Chosen
35
47
report.az

10Sources