EN

İnterpolun axtardığı Azərbaycan vətəndaşı Gürcüstanda yaxalandı

Gürcüstanın Kvemo Kartli Polis İdarəsinin Marneuli rayon şöbəsinin əməkdaşları tərəfindən İnterpol xətti ilə qırmızı vərəqə ilə axtarışda olan Azərbaycan Respublikasının vətəndaşı, 1986-cı il təvəllüdlü R.A. saxlanılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, saxlanılan şəxs mütəşəkkil dəstəyə üzv olmaqda, sağlamlığa zərər vurmaqda ittiham olunur və 2013-cü ildən Azərbaycan Respublikası tərəfindən axtarışdadır.

 

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda saxlanılan şəxs barəsində ekstradisyayaqədər prosedurlar həyata keçirilir.

Chosen
133
2
senzor.az

4Sources