EN

Adem Lyayiç “Sarayevo”ya keçdi

33 yaşlı serb hücumameyilli yarımmüdafiəçi Adem Lyayiç “Novi-Pazar”dan azad agent qismində “Sarayevo”ya qoşulub.

Arena.az bu barədə “Sarayevo”nun mətbuat xidmətinə istiandən məlumat verir.

Tərəflər 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Əlavə edək ki, Lyayiç “Novi-Parzar”la müqaviləsinə birtərəfli qaydada xitam verib.

Adem Lyayiç “Partizan”ın məzunudur. Yarımmüdafiəçi, karyerası ərzində həmçinin “Fiorentina”, “Roma”, “İnter” (icarə), “Torino”, “Beşiktaş”, “Fatih Karagümrük” və “Novi-Pazar”da oynayıb.

Geridə qalmış mövsümdə Lyayiç “Novi-Pazar” üçün 36 oyun keçirib, 8 qol vurub və 11 məhsuldar ötürmə verib.

Lyayiç 2010-cu ilin noyabr ayında debüt etdiyi Serbiya yığmasının heyətində 47 oyuna 9 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 33 yaşlı serb yarımmüdafiəçinin transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.

Chosen
77
arena.az

1Sources